METBUAT.AZ

Dünya

​İsrail Livana qurudan hücum edəcək -

26 Sentyabr 2024 03:19

İsrailin Baş Qərargah rəisi Herzi Halevi Livana qurudan hücum etməyə hazırlaşdıqlarını açıqlayıb.

Metbuat.az xəbər verir ki, Halevi bu barədə 7-ci Zirehli Briqada birliklərinin Livana qurudan hücumunu əks etdirən təlim zamanı bildirib.

Halevi hədəflərinin İsrailin şimalında yaşayan insanların evlərinə qayıtması olduğunu və bu məqsədlə Livana quru hücumuna hazırlaşdıqlarını bildirib. Livandakı Hizbullahın hücumlarını intensivləşdirdiyini iddia edən Halevi, Hizbullaha güclü cavab veriləcəyini ifadə edib. Halevi bildirib ki, İsrail ordusunun Livana girməsi üçün və Hizbullaha zərbə vurmağa davam etmək üçün hava hücumları davam edir.


metbuat.az.