9 Sentyabr 2024 09:34
İsrail Suriyanın mərkəzinə zərbələr endirib.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, hücumlar nəticəsində 5 mülki şəxs həyatını itirib, 19 nəfər isə xəsarət alıb.
Həma əyalətində Əl-Məşfə Əl-Vətəni xəstəxanasının direktoru Faysal Heydər bildirib ki, həyatını itirənlərin əksəriyyəti Masyaf sakinləridir. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.