METBUAT.AZ

Dünya

"İsrailə dəstəyimiz davam edəcək" -

20 Sentyabr 2024 15:57

"Ağ Ev"in sözçüsü Jan-Pier gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb və ABŞ-nin İsrailə dəstəyindən danışıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Yaxın Şərqdə "gərginliyin" artmasının ardından ABŞ-nin İsrailə silah dəstəyinin dayandırılması tələbləri ilə bağlı suala Jan-Pier "ABŞ siyasətinin dəyişmədiyini" bildirib:

"İsrailin təhlükəsizliyinə sadiqliyimiz sarsılmazdır və bu, dəyişməyib. Biz İsrailin təhlükəsizliyini dəstəkləməyə davam edirik".

Qeyd edək ki, İsrailə qeyd-şərtsiz dəstək verdiyi üçün tənqid edilən ABŞ rəhbərliyi avqustun ortalarında verdiyi açıqlama ilə bu ölkəyə 5 ayrı paketdə cəmi 20 milyard dollarlıq silah satışını təsdiqləyib. Ümumi satış dəyəri 20,3 milyard dollar olan paket Qəzzada atəşkəs prosesinin qeyri-müəyyən qaldığı və bölgədə gərginliyin artdığı bir vaxtda təsdiqlənib.


metbuat.az.