23 Sentyabr 2024 15:48
Livan hakimiyyəti İsrailin hücumları nəticəsində 100 nəfərin öldüyünü bildirir.
Metbuat.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 100 nəfər ölüb, 400-dən çox insan yaralanıb.
İlkin məlumatlara görə, həlak olanlar arasında uşaqlar, qadınlar və fövqəladə hallar işçiləri var.
İsrail Müdafiə Qüvvələri (IDF) son 24 saat ərzində Livan Hizbullah hərəkatının 300-dən çox hədəfini vurduğunu bildirib . İDF iddia edir ki, Hizbullah yaşayış binalarının içərisinə qanadlı raketlər yerləşdirir.
Qeyd edək ki, sentyabrın 17 və 18-də Livanda müxtəlif rabitə cihazlarında çoxsaylı partlayışlar baş verib. Nəticədə 30-dan çox adam ölüb, 4 mindən çox adam yaralanıb. Qərb mediası da bunu təsdiqləyib. İsrail hücumda iştirakını rədd edib.