METBUAT.AZ

Dünya

​İsrailin hücumları səbəbindən yarım milyon insan didərgin düşdü

25 Sentyabr 2024 14:19

İsrailin hücumları səbəbindən ölkə daxilində didərgin düşənlərin sayı yarım milyona çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə Livanın xarici işlər və immiqrasiya naziri Abdullah Buhabib açıqlama verib. O Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində Karnegi Fondunun təşkil etdiyi tədbirdə çıxış edib. Nazir bildirib ki, son hücumlardan əvvəl Livanda 110 min insan didərgin düşdüyü halda, bu rəqəm hazırda 500 minə yaxınlaşır.

Qeyd edək ki, İsrailin Livana hücumları nəticəsində 500-dən çox insan həlak olub. İsrail ordusu Livanın cənub şəhərləri, həmçinin Bekaa və Baalbek bölgələrinə yüzlərlə hava zərbəsi endirib.


metbuat.az.