METBUAT.AZ

Dünya

İsveçrə ikinci Qlobal Sülh Sammitinə ev sahibliyi etməyəcək

16 Sentyabr 2024 16:32

İsveçrə Ukraynanın təşkil etdiyi ikinci Qlobal Sülh Sammitinə ev sahibliyi etməyi planlaşdırmır.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi yerli Tages-Anzeiger qəzetinə açıqlamasında bildirib.

Qeyd edilib ki, hazırda İsveçrə ikinci sülh sammitinə hazırlaşmır.

İtaliyanın xarici işlər naziri Antonio Tajani ilin sonuna qədər Ukrayna ilə bağlı “Sülh konfransı”nın keçirilə biləcəyinə ümid etdiyini bildirib.


metbuat.az.