METBUAT.AZ

Ölkə

İtkin düşən 15 yaşlı qızın basdırılmış meyiti tapıldı

3 Sentyabr 2024 20:24

Bərdədə yeniyetmə qızın meyiti tapılıb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 2009-cu il təvəllüdlü qızın meyiti kənd ərazisində torpağa basdırılmış halda aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

Meyiti tapılan yeniyetmənin iki gün əvvəl itkin düşdüyü deyilir.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.


metbuat.az.