METBUAT.AZ

Hadisə

İtkin düşən 15 yaşlı qızın meyiti qonşuda tapıldı

3 Sentyabr 2024 14:57

Bərdə rayonunda iki gün əvvəl itkin düşən 2009-cu il təvəllüdlü qızın meyiti aşkar edilib.

"Report"un məlumatına görə, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb.

Bildirilib ki, qızın meyitinin qonşu tərəfindən həyətdə basdırıldığı müəyyən olunub.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Hazırda faktla bağlı araşdırma aparılır


metbuat.az.