METBUAT.AZ

Dünya

İtkin düşən çinli nazir indi bu işdə çalışır

9 Sentyabr 2024 16:59

2023-cü ilin yayında həftələrlə ictimaiyyət qarşısına çıxmayan və daha sonra işdən çıxarıldığı açıqlanan Çinin keçmiş xarici işlər naziri Qin Qanqın hazırda harada olduğu üzə çıxıb.

Metbuat.az bildirir ki, bu barədə “Washington Post” məlumat yayıb. Bildirilir ki, 1966-cı il təvəllüdlü Çin Qanq hazırda bir Xarici İşlər Nazirliyinə bağlı “World Affairs” nəşriyyatında aşağı vəzifələrdən birində işləyir.

Məlumata görə, işçilərin Çin Qanqın orada işləməsindən xəbəri yoxdur. Xəbərdə onun artıq siyasi karyerasının birdiyi ifadə edilib.


metbuat.az.