3 Sentyabr 2024 12:31
"Beşiktaş" Portuqaliya Liqası komandalarından "Benfika"da çıxış edən Joao Marionu heyətinə qatmağa hazırlaşır.
Metbuat.az bildirir ki, "Ağ-qaralı" klubun açıqlamasında Joao Marionun transfer danışıqları üçün bu gün İstanbulda olacağı bildirilib.
Açıqlamada, "Peşəkar futbolçu Joao Mario klubumuzla transfer danışıqları aparmaq üçün İstanbula gəlir. Marionu daşıyan təyyarə bu gün saat 17.50-də İstanbul Hava Limanı Xarici Terminalında olacaq" - deyə qeyd edilib.
Qeyd edək ki, Joao Mario Portuqaliyanın “Sportinq” və “Benfika” klublarında çıxış edib. Mario 2016-cı ildə “Sportinq”dən “İnter”ə keçib, daha sonra “Vest Hem Yunayted” və “Lokomotiv Moskva”da çıxış edib.
Karyerası boyunca 441 matçda meydana çıxan 31 yaşlı futbolçu bu matçlarda 61 qol vurub, 84 məhsuldar ötürmə edib.