28 Sentyabr 2024 08:25
"Mançester Siti" klubunun yarımmüdafiəçisi Kevin De Bruyne növbəti üç oyunu buraxa bilər.
Metbuat.az xəbər verir ki, bu barədə "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola bildirib.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda "İnter"lə (İtaliya) keçirilən matçda zədələnən belçikalı oyunçunun qarşıdakı üç matçda meydana çıxmamaq ehtimalı var.