METBUAT.AZ

Dünya

Kiyev Rusiyanın aktivləri ilə dünyadakı bütün "F-16"ları ala bilər -

16 Sentyabr 2024 18:07

Avropa hesablarından olan Rusiyaya aid 300 milyardlıq dondurulmuş aktivlərdən istifadə edilsə, Ukrayna üçün dünyadakı bütün F-16 qırıcılarını almaq olar.

Metbuat.az bildirir ki, bu barədə "Militarny" portalının məlumatlarına əsaslanaraq hesablama aparılıb. Qeyd olunur ki, sözügedən məbləğ bu tipli 30-35 yaşlı 10 min yenilənmiş təyyarə almaq üçün kifayət edir - bu qırıcıların 1 ədədi 20-30 milyon dollar civarındadır.

Materialda deyilir ki, əgər sırf yeni qırıcılar (F-16V Block 70/72) almaq istəsələr, o zaman 300 milyard dollara 4500 civarı təyyarə almaq olar. Çünki bu qırıcılar 64 milyon dollardır.

KİV iddia edir ki, açıq məlumata görə, dünyada cəmi 4600-ə yaxın müxtəlif modifikasiyalı və qiymətli F-16-dan istifadə olunur.


metbuat.az.