METBUAT.AZ

Dünya

Kiyevə yardım artırılmasa, qışda... -

24 Sentyabr 2024 11:34

Rusiyada qışda Ukraynanı işıqsız və soyuqda qoymaq üçün enerji infrastrukturunu çökdürməyə çalışır

Metbuataz xəbər verir ki, bunu Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borrell deyib. O qeyd edib ki, Kiyevin Qərb müttəfiqləri Ukraynanın hava hücumundan müdafiəsini təmin etmək üçün səyləri gücləndirməlidir:

"Aydındır ki, Rusiya Ukraynanı qaranlığa və soyuğa qərq etmək istəyir. Qış yaxınlaşır və Rusiyanın enerji obyektlərinə hücumlarından sonra Ukraynada elektrik enerjisi istehsal gücü azalıb. Biz Ukraynanı təkcə hərbi imkanlarla deyil, həm də elektrik enerjisi istehsal gücü ilə dəstəkləməliyik. Əks halda, bu ölkəni çox çətin qış gözləyir".


metbuat.az.