METBUAT.AZ

İdman

Madrid sakinləri "Real"ı şikayət etdi -

16 Sentyabr 2024 19:48

“Real Madrid” stadionu ətrafında yaşayan sakinlər klub barədə Madrid bələdiyyəsinə şikayət edib.

Metbuat.az xəbər verir ki, bu barədə Madrid bələdiyyəsi tərəfindən “Real Madrid” klubuna məktub göndərilib. Sakinlər “Santiago Bernabeu”da həddindən artıq səs-küy olduğunu iddia ediblər. Qonşular stadionda çox səs-küy olduğunu əsas gətirərək “Real Madrid”dən bələdiyyəyə şikayət ediblər.

Bildirilir ki, “Real Madrid” şikayətlərə görə, “Bernabeu”da keçirilməsi planlaşdırılan bütün konsertlərini mövsümün sonuna qədər təxirə salıb. Komandanın əsas gəlir mənbəyi olan konsertlərin ləğv edilməsi “Real Madrid”i çətin duruma salıb.


metbuat.az.