METBUAT.AZ

Dünya

Mask 2027-ci ilə qədər ilk trilyonçu ola bilər

9 Sentyabr 2024 09:48

Ən zəngin insanların maliyyə vəziyyətini araşdıran "Informa Connect" Akademiyasının analitiklərinin fikrincə, milyarder İlon Mask dünyanın ilk trilyonçusu ola bilər.

Metbuat.az "The Guardian"-a istinadən xəbər verir ki, sahibkarın 2027-ci ilə qədər bu məbləği qazana biləcəyi güman edilir.

"Informa Connect Academy" hesabatında bu, son illərdə Maskın sərvətinin ildə orta hesabla 110% artmasına əsaslanır.

Qeyd edək ki, Amerikalı iş adamı dünyanın ən zəngin adamıdır. Bloomberg onun sərvətini 237 milyard dollar, Forbes 241,8 milyard dollar qiymətləndirir.

Analitiklər hesab edirlər ki, hindistanlı iş adamı Qautam Adani ikinci trilyonçu ola bilər. Onun bu məbləği 2028-ci ilə qədər qazanacağı gözlənilir. Bunun üçün onun sərvətinin artım tempi ildə 123% olmalıdır.


metbuat.az.