METBUAT.AZ

Dünya

Maska sanksiya tətbiq edilə bilər

21 Sentyabr 2024 09:13

ABŞ-nin Qiymətli Kağızlar və Birjalar Komissiyası milyarder İlon Maska sanksiya tətbiq edə bilər.

Metbuat.az CNN-ə istinadən xəbər verir ki, buna səbəb milyarderin “X” sosial şəbəkəsini alması ilə bağlı istintaq çərçivəsində ifadə vermək məqsədilə məhkəməyə getməməsidir.

Belə ki, Mask və qurumun nümayəndələri iş adamının sentyabrın 10-da Los-Ancelesdə ifadə verməsi ilə bağlı razılığa gəlsələr də, Mask ifadə verməyə getməyib. İş adamının vəkili Maskın “SpaceX”in raket buraxılışına getməyə məcbur olduğunu deyib.


metbuat.az.