METBUAT.AZ

İdman

Mbappe 2 qol vurdu, Arda yenə ehtiyatda qaldı

2 Sentyabr 2024 10:47

"La Liqa"da "Real Madrid" Kilian Mbappenin qolları ilə "Real Betis"i məğlub edib.

Metbuat.az bildirir ki, Karlo Ançelottinin komandası ikinci hissədə vurduğu qollarla qalib gəlib. "Real Madrid"in qollarını 67 və 75-ci dəqiqələrdə Kilian Mbappe vurub.

Yay transfer pəncərəsində "Real Madrid"ə keçən Kilian Mbappe yeni komandası ilə ilk qolunu UEFA Superkubokunda "Atalanta" ilə matçda vurub. "La Liqa"da ilk 3 matçı qol vurmadan keçən Mbappe liqada ilk dəfə bu oyunda fərqləndi.

"Real Madrid"in türk futbolçusu Arda Gülər bu oyunda meydana çıxmayıb. Karlo Ançelotti matçda 4 dəyişiklik etsə də, Ardaya yer verməyib.


metbuat.az.