METBUAT.AZ

İdman

Mbappe fanatlarına üzücü xəbər

25 Sentyabr 2024 15:34

İspaniyanın "Real Madrid" klubunun hücumçusu Kilian Mbappe üç həftə meydanlardan uzaq qalacaq.

Metbuat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.

Fransalı futbolçunun tibbi müayinədən keçdiyi və sol ayağının bud nahiyəsində zədə aşkarlandığı qeyd edilib.

Xatırladaq ki, Mbappe La Liqanın VII turunda "Alaves"ə qarşı keçirilən oyunda (3:2) zədələnib.


metbuat.az.