METBUAT.AZ

İdman

Mbappe-PSJ gərginliyi səngimir -

13 Sentyabr 2024 14:12

PSJ klubu ilə Kilian Mbappe arasında gərginlik davam edir.

Metbuat.az xəbər verir ki, Mbappe şikayət edərək, keçmiş klubu PSJ-nin ona 55 milyon avro borcu olduğunu iddia edib. Liqa 1 rəhbərliyi məsələni vasitəçilik yolu ilə həll etməyə razı olmayan Mbappenin xeyrinə qərar verib və fransalı hücumçuya 3 aylıq maaş və bonus ödənişinin üçdə birinin ödənilməsini tələb edib. Bununla belə, PSJ tələbi rədd edib. PSJ Mbappeyə ödəniş etməyəcəklərini bildirib.

PSJ açıqlamasında “Liqa rəhbərliyinin tam qərar vermək səlahiyyəti məhdud olduğu üçün məsələni qanuni şəkildə həll edəcəyik. PSJ-nin bu məsələyə fərqli yanaşması var" deyə bildirib.


metbuat.az.