METBUAT.AZ

İdman

Mbappe və Vinisius arasında gərginlik -

2 Sentyabr 2024 11:19

“Real Madrid”də Mbappe və Vinisius arasında gərginlik artır.

Metbuat.az xəbər verir ki, maaş qısqanclığı ilə başalayan gərginlik Vinisiusun meydanda Mbappeyə məhəl qoymaması ilə daha da artıb. İspaniya mətbuatının yazdığına görə, hazırda braziliyalı ilə Mbappe arasında münasibətlər heç də yaxşı deyil. Məlumata görə, Vinisius "Qızıl top"a əsas namizədlərdən biri olduğunu bilir və hesab edir ki, maaşı onun futbol dünyasındakı statusunu əks etdirməlidir. Bildirilir ki, onun Mbappe ilə şəxsi problemi yoxdur, lakin o, yeni komanda yoldaşının maaşına bərabər maaş tələb edir. Bu iddia, maaşların artırılmasını tələb edən digər oyunçuları da hərəkətə keçirə bilər. Tərəflər arasında penaltinin yerinə yetirilməsi ilə bağlı gərginliyin də olduğu irəli sürülür.

Qeyd edək ki, penalti məsələsinə aydınlıq gətirən baş məşqçi Karlo Ançelotti "Bu, Vinisiusla Mbappe arasındadır. Qərarı onlar verməlidir” deyə bilidirib.


metbuat.az.