30 Sentyabr 2024 09:33
Gəncə şəhərində əməliyyat olunan şəxs xəstəxanada ölüb.
Metbuat.az xəbər verir ki, sentyabrın 21-də Gəncə şəhərindəki özəl klinikalardan birində mədəkiçiltmə əməliyyatı keçirən və həmin klinikada müalicə alan Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü G.Bayramova sentyabrın 28-i dünyasını dəyişib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.