METBUAT.AZ

İdman

Mehriban Əliyeva paralimpiya çempionu Səid Nəcəfzadəni təbrik etdi

2 Sentyabr 2024 14:57

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva paralimpiya çempionu olan Səid Nəcəfzadəni təbrik edib.

Metbuat.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva bu barədə instaqram hesabında paylaşım edib.

Paylaşımda deyilir:

"Paraatlet Səid Nəcəfzadəni “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə təbrik edirəm! Peşəkarlıq və qətiyyət nümayiş etdirən idmançımız Azərbaycan azarkeşlərinin ümidlərini doğrultdu! Çempionu səmimi-qəlbdən təbrik edir, ona yeni nailiyyətlər arzulayıram!".


metbuat.az.