METBUAT.AZ

Mədəniyyət

Məşhur animasiya yazarı vəfat etdi

3 Sentyabr 2024 15:43

Məşhur İngiltərəli yazıçı, dublyaj aktyoru Brian Trueman vəfat edib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, yazıçının ölümü ilə bağlı oğlu Jonathan Trueman sosial şəbəkədə məlumat yayıb. Yazıçının sağlamlığında son zamanlar problemlər yaranıb və o, xəstəxanaya yerləşdirilib. O, xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Brian Trueman 1932-ci ildə İngiltərənin Mançester şəhərində doğulub. Yazıçı xüsusən animasiya sahəsində məşhurlaşıb.


metbuat.az.