METBUAT.AZ

İdman

​Messi bu kluba transfer olacaq

27 Sentyabr 2024 08:25

Karyerasını ABŞ-ın "İnter Mayami" komandasında davam etdirən Lionel Mesinin növbəti komandası artıq bəlli olub.

Metbuat.az xəbər verir ki, argentinalı ulduzun 2025-ci ildə “İnter Mayami” ilə müqaviləsi başa çatandan sonra futbolçu karyerasını bitirəcəyi irəli sürülürdü. Lakin onun belə bir fikri olmadığı məlum olub. İspaniya mətbuatının məlumatına görə, Messinin növbəti komandası Argentinadan olacaq.

“El Nacional” qəzetinin xəbərinə görə, Lionel Messi doğma şəhərinə qayıtmaq qərarına gələrək, karyerasını futbola başladığı “Newells Old Boys” klubunda bitirmək istəyir.


metbuat.az.