METBUAT.AZ

İdman

Messinin “cangüdəni”nə Ardanı zərərsizləşdirmək tapşırığı verildi

26 Sentyabr 2024 20:43

İspaniya La Liqasının növbəti turunda Madrid derbisi baş tutacaq.

Metbuat.az xəbər verir ki, "Atletiko Madrid" doğma meydanda "Real Madrid"i qəbul edəcək. “Atletiko”da “Valyekano” matçında meydana çıxa bilməyən Rodriqo De Paul start 11-ə qayıdır. Futbolsevərlər De Paulu Argentina millisinin futbolçusu Lionel Messini xarici təhdidlərdən qoruması ilə tanıyırlar. Buna görə də ona meydanda “Messinin cangüdəni” ləqəbi də verilib. Məlumata görə, "Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone argentinalıya “Real Madrid” matçında oynayacağı təqdirdə Arda Güleri “zərərsizləşdirmək” tapşırığını verib.

De Paul topun Arda Gülerə çatmasına və türk futbolçunun üzünü qapıya dönməsinə mane olmağa çalışacaq.


metbuat.az.