METBUAT.AZ

Siyasət

Milli Məclisin payız sessiyasının vaxtı açıqlandı

28 Sentyabr 2024 10:34

VII çağırış Milli Məclisin 2024-cü il payız sessiyasında ilk iclası sentyabrın 30-u keçiriləcək.

Metbuat.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sessiyanın ilk iclasında yeni seçilmiş VII çağırış Milli Məclisin üzvlərinə Mərkəzi Seçki Komissiyası tərəfindən vəsiqələr təqdim ediləcək.

İclasda, həmçinin VII çağırış Milli Məclisin ilk iclasında yaradılmış komitələrinin tərkibi formalaşacaq.


metbuat.az.