METBUAT.AZ

Maraqlı

Milyarderlər bu bürcdən çıxır -

18 Sentyabr 2024 21:25

Nüfuzlu biznes jurnallarından biri olan Forbesdə yer alan dünyanın ən zəngin iş adamları barədə məlumatlar həmişə maraq doğurur.

Metbuat.az dünyanın ən varli insanlarının bürclərini təqdim edir:

“Microsoft”un yaradıcısı amerikalı Bill Qeytsin sərvəti təxminən 86 milyard dollardır. 28 oktyabr 1955-ci ildə anadan olan Geyts əqrəb bürcüdür.

İkinci yerdə 75,6 milyard dollarlıq sərvətlə “Berkshire Hathaway”in sahibi Uorren Baffet qərarlaşıb. Buffett 30 avqust 1930-cu ildə anadan olub və onun bürcü qızdır.

Amazon şirkətinin qurucusu Ceff Bezos 12 yanvar 1964-cü ildə anadan olub və oğlaq bürcüdür.

Zara şirkətinin də daxil olduğu İspaniyanın “Inditex” geyim firmasının qurucusu Amansio Orteqa 28 mart 1936-cı ildə anadan olub və qoç bürcüdür.

Feysbukun qurucusu, Mark Zukerberq 14 may 1984-cü ildə anadan olub və buğa bürcüdür.


Telekommunikasiya sektorunda fəaliyyət göstərən “Telmex” və “America Movil” şirkətlərinin sahibi, meksikalı iş adamı Karlos Slim Helu 28 yanvar 1940-cı ildə anadan olub və dolça bürcüdür.

Proqram təminatı şirkəti “Oracle”ın yaradıcısı Lourens Cozef Ellison 52,2 milyard dollar sərvəti ilə 10 ən zəngin iş adamı sırasındadır. Ellison 1944-cü il avqustun 17-də anadan olub və o şir bürcüdür.

“Koch Industries”in sahiblərindən olan Çarlz Kox 1 noyabr 1935-ci ildə anadan olub və əqrəb bürcüdür.

Kox qardaşlarından biri olan David Kox 3 may 1940-cı ildə anadan olub və buğa bürcüdür.

“Bloomberg”in sahibi Maykl Blumberq 14 fevral 1942-ci ildə anadan olub və dolça bürcüdür.

Metbuat.az


metbuat.az.