4 Sentyabr 2024 15:34
Rusiya prezidenti Vladimir Putin bazar ertəsi Monqolustana rəsmi səfərə gedib. Ulan-Bator administrasiyası üzvü olduğu Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Putinə qarşı çıxardığı həbs qərarına əməl etmədiyi üçün tənqid edilib.
Metbuat.az bildirir ki, mövzu ilə bağlı suallarını Monqolustan rəhbərliyinə göndərən "Politico" nəşri aşağıdakı cavabın göndərildiyini bildirib:
"Monqolustan neft məhsullarının 95 faizini və elektrik enerjisinin 20 faizindən çoxunu əvvəllər texniki səbəblərdən fasilələrlə üzləşən yaxın qonşularından təmin edir. Bu təchizat bizim varlığımız və xalqımızın varlığı üçün çox vacibdir. Monqolustan bütün diplomatik münasibətlərində həmişə bitərəflik prinsipini qoruyub və bu günə qədər verdiyimiz bütün bəyanatlarda da bu öz əksini tapıb".