METBUAT.AZ

Dünya

Moskva ilə London arasında diplomatik münasibətlərin kəsilmir -

13 Sentyabr 2024 14:22

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Britaniya səfirliyinin 6 əməkdaşının akkreditasiyadan məhrum edilməsinə münasibət bildirib.

Metbuat.az xəbər verir ki, bu barədə FSB məlumat yayıb.

Bildirilib ki, onların hərəkətlərində kəşfiyyat və təxribat işlərinin əlamətləri aşkarlanıb.

Peskovun sözlərinə görə, bu, Moskva ilə London arasında diplomatik münasibətlərin kəsilməsinin mümkünlüyü demək deyil.

FSB-nin məlumatına görə, akkreditasiyadan məhrum edilmiş Britaniya səfirliyinin əməkdaşları Şərqi Avropa və Mərkəzi Asiya direktorluğu vasitəsilə Rusiyada olublar.


metbuat.az.