METBUAT.AZ

İdman

Mourinyonun Acunun toyundakı davranışı olay oldu -

5 Sentyabr 2024 14:50

"Fənərbaxça"nın meneceri Acun Ilıcalı Ayça Çağla Altunkaya ilə ailə qurub.

Metbuat.az xəbər verir ki, toyda bir sıra məşhur şəxslər iştirak edib. Onların arasında "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo da olub. Mourinyonun toydan sonra uşaqla dialoqu gündəm olub. Mourinyo toydan çıxarkən çıxışda ona gül satmaq istəyən oğlan yaxınlaşıb. Satıcı Mourinyodan gül almasını istəyib. Mourinyo isə uşağa “pulum yoxdur” deyə cavab verib. Məşqçinin cavabı sosial mediada böyük əks-səda doğurub.


metbuat.az.