METBUAT.AZ

İdman

Mourinyonun azyaşlı ilə dialoqu gündəm oldu

5 Sentyabr 2024 13:47

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo komandanın vitse-prezidenti Acun Ilıcalının toy mərasimində iştirak edib.

Metbuat.az türk mediasına istinadən bildirir ki, toydan çıxarkən görüntülənən Mourinyonun ondan pul istəyən uşaqla söhbəti diqqət çəkib. Mourinyo toydan sonra maşınına tərəf gedərkən bir uşaq ona yaxınlaşıb. Əyilib onu dinləyən Mourinyo uşağın pul istəməsindən sonra "pulum yoxdur" cavabını verib.

Daha sonra Joze Mourinyo maşınına minərək ərazidən uzaqlaşıb. Özünəməxsus üslubunda verdiyi açıqlamalarla hər zaman gündəm olmağı bacaran Joze Mourinyo ilə uşaq arasındakı bu dialoq sosial mediada da çox danışılıb.


metbuat.az.