METBUAT.AZ

İdman

Mourinyonun Osimhen haqda dedikləri gündəm oldu

3 Sentyabr 2024 08:49

"Qalatasaray"ın Osimheni heyətinə qatmasından sonra "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyonun əvvəllər onun barədə dediyi sözlər gündəm olub.

Metbuat.az bildirir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Mourinyo əvvəllər verdiyi bir müsahibədə Osimheni Droqbaya bənzədib:

"Osimhen Droqbaya oxşayır, amma Droqba özünü əsla yerə atmazdı. İtaliyada buna göz yumurlar, İngiltərəyə getsə, dəyişmək məcburiyyətindədir".

Qeyd edək ki, "Napoli" ilə problemlər yaşayan Osimhen 1 illik icarə əsasında "Qalatasaray"da oynayacaq. Futbolçu artıq İstanbuldadır.


metbuat.az.