METBUAT.AZ

Siyasət

"MSK-ya beynəlxalq müşahidəçilərdən pozuntu ilə əlaqədar müraciət daxil olmayıb"

30 Sentyabr 2024 12:30

Parlament seçkilərində Azərbaycanda dövlət qeydiyyatında olan 26 partiyadan 25-i iştirak edib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün parlamentin payız sessiyasının ilk iclasında yeni seçilmiş VII çağırış Milli Məclisin üzvlərinə Mərkəzi Seçki Komissiyası tərəfindən vəsiqələrin təqdim edilməsi ilə əlaqədar çıxışında MSK sədri Məzahir Pənahov bildirib.

MSK sədri qeyd deyib ki, namizədlərin qeydiyyatı, təşviqat kampaniyası ilə bağlı bütün addımlar atılıb, lazımi şərait yaradılıb: “Səsvermə günü heç bir beynəlxalq müşahidəçidən MSK-ya hər hansı pozuntu ilə əlaqədar müraciət daxil olmayıb”.


metbuat.az.