METBUAT.AZ

Ölkə

Mübariz Əhmədovun yerinə o təyin edildi

17 Sentyabr 2024 15:37

Baş prokurorluğun Elm-Tədris Mərkəzinə rəis təyin edilib.

Metbuat.az xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev Əmr imzalayıb. Əmrə əsasən, Talıb Cəfərov Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi vəzifəsinə təyin edilib.

T. Cəfərov bu təyinata qədər Elm-Tədris Mərkəzinin rəis müavini vəzifəsində işləyib.

Xatırladaq ki, Mərkəzin əvvəlki rəisi Mübariz Əhmədov Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Ədliyyə nazirinin müavini vəzifəsinə təyin edilib.


metbuat.az.