METBUAT.AZ

Sosial

Müəllimin işdən qovulmasına deputatdan

18 Sentyabr 2024 16:28

"Müəllimin işdən çıxarılması müstəsna hal kimi düşünülə bilər. Əgər o, doğurdan ümumi qaydaları pozubsa. Çünki belə bir qərarı verənlər də müəllimin düşməni deyillər. Ola bilsin ki, hansısa nöqsanlar olub. Amma hər halda işdən çıxarma son vasitədir, bunun üzərində düşünmək lazımdır. Faktsız danışmaq çətindir".

Bu sözləri Metbuat.az-a açıqlamasında deputat Fazil Mustafa deyib. O bildirib ki, məsələdə müəllimin məqsədi araşdırılmalıdır:

"Müəyyən edilməlidir ki, həqiqətən məqsəd şagirdləri dərsdən yayındırmaqdır, ya yox. "Tiktok"da yayınlamaq məsələsi əsas önəmli məsələ deyil. Əgər "Tiktok"da müəyyən problemə diqqəti çəkmək üçün yayınlayıbsa və o problemə diqqətsiz yanaşılıbsa, o zaman buna diqqətsiz yanaşanların da davranışına müəyyən dərəcədə qiymət verilməlidir".

Qeyd edək ki, İmişli rayonu Aranlı kəndindəki 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyeva sinif rəhbəri olduğu III b sinif şagirdləri ilə məktəbin həyətində keçirdiyi dərs prosesini "TikTok"da yayımlayıb. Onun bu addımı şəxsi mənafeyi naminə şagirdlərdən alət kimi istifadə etməsi kimi qiymətləndirlib və o, işdən azad edilib.

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.