METBUAT.AZ

Elm və Təhsil

Müəllimlər üçün vakant yerlər açıqlandı

10 Sentyabr 2024 13:50

Kənd məktəblərində ixtisaslara bağlı olaraq boş qalan yerlərimiz var.

Metbuat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, əsasən təsviri incəsənət və musiqi müəllimliyi ixtisasları ilə bağlıdır: "Məsələn, ibtidai sinif və ya ədəbiyyat müəllimliyi ilə bağlı vakant yer yoxdur. Burada iki məqam var. Biri fundamental problemdir. Daha kiçik məktəblərdə az, bəzən cəmi iki-dörd ibtidai sinif olur. Belə olan halda musiqi dərsi cəmi dörd saat olur. Müəllimin oraya getməsi texniki olaraq mümkün deyil. Çünki dörd saatın əməkhaqqı çox aşağı olur. Yaxud doqquz illik məktəblərdə toplasanız bir müəllimin 9-12 saat dərsi olur".

Nazir bildirib ki, buna görə də təhsilin strukturuna bir daha baxılmalıdır: "Bilməliyik ki, nələr səmərəlidir, nələr yox. Bunun obyektiv səbəblər var, müəllim çatışmazlığı ilə əlaqəsi yoxdur. Gördünüz də bu il yenidən 50 mindən çox insan müəllim olmaq istəyir. Onlar kifayət qədər bacarıqlı, savadlı gənclərdir".


metbuat.az.