METBUAT.AZ

Elm və Təhsil

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsinin nəticələri açıqlanıb

3 Sentyabr 2024 14:31

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin nəticələri şəxsi səhifələrə göndərilib.

Bu barədə Metbuat.az-a Təhsil İnstitundan məlumat verilib.

Bildirilib ki, avqustun 27-də təşkil olunan prosesin sənəd yoxlanışı mərhələsinə 140 nəfər müəllim dəvət olunub.

Onlardan 112 nəfər iş yerini qarşılıqlı olaraq dəyişmək imkanı əldə edib.


metbuat.az.