2 Sentyabr 2024 10:43
"Bundesliqa"da mövsümə "Volfsburq" üzərində qələbə ilə başlayan "Bavariya" ilk ev oyununda "Frayburq"u darmadağın edib.
Metbuat.az bildirir ki, "Bavariya" matçın 38-ci dəqiqəsində Harri Keynin penaltidən vurduğu qolla fasiləni 1:0 öndə tamamlayıb. Matçın ikinci 45 dəqiqəsinin böyük hissəsi 1:0 hesabı ilə keçsə də, 78-ci dəqiqədə Tomas Müller fərqlənərək hesabı müəyyənləşdirib.
Müller "Bavariya" forması ilə karyerasında 710-cu matçına çıxıb. Sepp Maieri geridə qoyan Müller "Bavariya" tarixində ən çox oyun keçirən futbolçu olub.