METBUAT.AZ

Ölkə

Müqayis Verdiyev həbs edildi

12 Sentyabr 2024 17:29

Uzun müddətdir axtarışda olan tanınmış iş adamı Müqayis Verdiyev həbs olunub.

Metbuat.az Avtosfer.az-a istinadən xəbər verir ki, Xətai rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində onun olduğu yer müəyyən olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci ( külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülmüşdü. Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 1 ay 24 gün müddətində həbs qətimkan tədbiri seçilib.


metbuat.az.