9 Sentyabr 2024 10:13
Türkiyənin Diyarbakır şəhərində itkin düşdükdən 19 gün sonra cəsədi tapılan 8 yaşlı Narin Güranla bağlı yeni detallar açıqlanıb.
Metbuat.az türk mediasına istinadən xəbər verir ki, cəsədin üzərində 91 bioloji qalıq tapılıb:
"Sol ayaqda diz qapağından başlayan qopma var. Cəsədin tapıldığı kisənin içində Narinə aid olduğu bildirilən ayaq sümüyü çıxdı. Ayaqdakı qopmanın səbəbi incələmələrdən sonra bəlli olacaq".
Mütəxəssislərin ilkin məlumatına görə, cəsəddə ciddi səviyyədə çürümə başlayıb və ölüm səbəbini ilk baxışda konkretləşdirmək mümkün olmayacaq. Cəsəddə gözlə görüləcək səviyyədə kəsici alət və ya silah yarası yoxdur. Daxili qanama da təsbit edilməyib.