4 Sentyabr 2024 20:43
Azərbaycan ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub.
Bu barədə Metbuat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 4-ü saat 19:35 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.
"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", - məlumatda vurğulanıb.