METBUAT.AZ

İdman

"Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirildi

17 Sentyabr 2024 01:15

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib.

Metbuat.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, “Neftçi” klubunun ev oyunlarını keçirdiyi “Neftçi Arena”da təmir və yenidənqurma işləri başa çatmadığına görə "ağ-qaralar" “Qarabağ”la matçın məkanının dəyişdirilməsi üçün PFL-ə müraciət edib.

“Qarabağ” klubunun rəsmi razılığını nəzərə alan qurum VII turda baş tutacaq “Neftçi” - “Qarabağ” oyunu ilə XV turun “Qarabağ” - “Neftçi” matçının yerini dəyişdirib. Qarşılaşma sentyabrın 20-də, saat 20:00-da "Azərsun Arena"da reallaşacaq.


metbuat.az.