4 Sentyabr 2024 19:58
"Neftçi"nin qadınlardan ibarət komandası UEFA Çempionlar Liqasına məğlubiyyətlə başlayıb.
Metbuat.az-ın məlumatına görə, turnirin I mərhələsində Avstriyanın “Sankt-Pölten” klubu ilə üz-üzə gələn Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv 0:5 hesabı ilə uduzub.
Qarşılaşma Gürcüstanın Tsxaltubo şəhərində keçirilib.
Qeyd edək ki, II qrupda “Vlajniya” ( Albaniya) və “Lançxuti” (Gürcüstan) komandaları də yer alıblar. Reqlamentə əsasən, cütlərin qalibləri və məğlubları bir-biri ilə qarşılaşacaq.