METBUAT.AZ

Dünya

Nüvə danışıqlarının yenidən başlamasına çalışırıq -

23 Sentyabr 2024 16:46

İranın xarici işlər naziri Abbas Araqçi BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya ilə nüvə danışıqlarının yenidən başlaması üçün səy göstərdiklərini bildirib.

Metbuat.az xəbər verir ki, Arakçi tərəflərin hazır olduqları təqdirdə danışıqlara Nyu-Yorkda başlaya biləcəklərini ifadə edib:

"Xarici işlər nazirləri ilə danışıqlar aparırıq. Bizim səyimiz nüvə müzakirələrini yenidən başlatmaqdır. Ukrayna və Qəzza kimi beynəlxalq məsələlərə görə nüvə müzakirələrinin yenidən başlaması əvvəlkindən daha çətin və mürəkkəbdir".


metbuat.az.