20 Sentyabr 2024 09:25
Odessa vilayətinin hərbi administrasiyası şair Aleksandr Puşkinin Odessanın mərkəzində ucaldılmış abidəsinin sökülməsi barədə əmr imzalayıb.
Metbuat.az xəbər verir ki, bu barədə vilayət administrasiyasının rəhbəri Oleq Kiper məlumat verib.
Bildirilib ki, abidənin sökülməsi ilə bağlı sərəncam imzalanıb.
Kiper qeyd edib ki, abidənin sökülmə müddətini dəqiqləşdirməyib.
Ukraynada 2015-ci ildən kommunizasiya siyasəti çərçivəsində sovet abidələri sökülüb və topoqrafik obyektlərin adları dəyişdirilib. Hərbi əməliyyatlar başlayandan sonra Rusiya ilə bağlı abidələr sökülməyə başlayıb.