15 Sentyabr 2024 08:52
Bu ilin avqust ayında Azərbaycanda poçt və kuryer xidmətlərinin qiyməti 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0.4% artıb.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bu ilin yanvar-avqust aylarında adıçəkilən xidmətlər bir il əvvəlki dövrlə müqayisədə 0.6% bahalaşıb.
Bundan başqa, ötən ay rabitə xidmətlərinin qiyməti 1 il əvvəllə müqayisədə 0.3% artıb.