METBUAT.AZ

Dünya

Onun barəsində yenidən araşdırma başladıldı -

18 Sentyabr 2024 15:57

Diyarbəkirin Bağlar rayonunun Tavşantəpə məhəlləsində itkin düşən və 19 gün sonra dərə yatağında çuval içində cansız cəsədi tapılan 8 yaşlı Narin Güranın qətli ilə bağlı istintaq davam edir.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, saxlanıldıqdan sonra sentyabrın 11-də sərbəst buraxılan məscidin imamı R.K. barəsində inzibati araşdırma başladılıb və 2 müfəttiş təyin edilib.

R.K-nın telefonunda, xüsusən də sosial mediada nalayiq görüntülər olduğu iddia edilib. Bu səbəbdən onun barəsində inzibati araşdırma ilə bağlı qərar verilib.

İstintaq çərçivəsində avtomobilində DNT izləri Narinə aid olan əmisi Səlim Güran, cəsədi daşıdığını etiraf edən Nevzat Bəhtiyar, Narinin anası Yüksel Güran və böyük qardaşı Enes Güran da daxil olmaqla 12 nəfər həbs edilib.


metbuat.az.