30 Sentyabr 2024 13:37
Türkiyənin Nevşehir-Sulusaray yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər xəsarət alıb.
Metbuat.az İHA-ya istinadən xəbər verir ki, hadisə sürücünün üzüm toplamaq üçün getdiyi bağdan qayıdarkən baş verib. Həmin vaxt Niğdədən üzüm almaq üçün gələn şəxs namaz qılmaq məqsədilə avtomobilin önündə dayanıb. Bağdan qayıdaraq avtomobilini hərəkətə gətirərən sürücü namaz qılanı görməyərək onu vurub.
“Bağdan üzüm götürəndən sonra maşına mindim və yoluma davam etdim. Bu şəxs maşının qarşısında namaz qılırmış, amma mən onu görmədim. Hərəkət etdiyim anda maşının önündə bir maneə hiss etdim və birdən "ölürəm, qalıram" kimi bir səs eşitdim. Əvvəlcə səsin radiodan gəldiyini zənn etdim. Maşından düşəndə gördüm ki, adamın yarısı avtomobilin altında qalıb”, - hadisə ilə bağlı açıqlama verən sürücü deyib.
Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları çağırılıb. Vətəndaşların köməyi ilə avtomobilin altından çıxarılan yaralı xəstəxanaya aparılıb. Hazırda müalicəsi davam etdirilir.