METBUAT.AZ

Ölkə

Oqtay Fərzəliyev vəfat etdi

4 Sentyabr 2024 20:03

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Aparatının Mülki Müdafiə Şöbəsinin müdiri Oqtay Fərzəliyev vəfat edib.

Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə AMEA məlumat yayıb.

Bildirilib ki, o, 2011-ci ildən Geologiya və Geofizika İnstitutunda Mülki Müdafiə Qərargah rəisi vəzifəsində işləyib. 2017-2019-cu illərdə AMEA Rəyasət Heyəti Aparatının İkinci Xüsusi Şöbəsində baş mütəxəssis vəzifəsində çalışıb.

2022-ci ildən AMEA Rəyasət Heyəti Aparatının Mülki Müdafiə Şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.


metbuat.az.