METBUAT.AZ

İdman

Osimhen İstanbuldan mesaj verdi

3 Sentyabr 2024 11:08

"Qalatasaray"ın dünyaca məşhur yeni transferi Viktor Osimhen İstanbula gəlib.

Metbuat.az xəbər verir ki, futbolçu hava limanında çoşqu ilə qarşılanıb. "Qalatasaray"a gəldiyi üçün sevincli olduğunu bildirən Osimhen, "Atmosfer əladır. Dünyanın ən yaxşı azarkeşləri buradadır. Burada olmaq çox xoşdur. Çox həyəcanlıyam” deyə bildirib. Dris Mertenslə oynayacağını xatırladan nigeriyalı futbolçu bildirib ki, transferdən əvvəl onunla “Qalatasaray” barədə danışıb.

Qeyd edək ki, "Qalatasaray" Viktor Osimheni 1 illik icarə əsasında heyətinə qatıb. “Corriere dello Sport”un xəbərinə görə, Qalatasaray, futbolçunun 11 milyon avroluq maaşının hamısını ödəyəcək. Osimhen ötən mövsüm "Napoli"də 32 matçda 17 qol vurub


metbuat.az.